Sponsor
Sponsor olmaqla sizin gənc zehinlərin gələcəyini formalaşdırmaq və potensiallarını reallaşdırmaq üçün onlara dəstək verə bilərsiniz . Siz kiçik ianə və təşəbbüslərlə qısamüddətli məqsədlərimizi reallaşdırmaqda, dayanıqlı əməkdaşlıqlarla isə uzunmüddətli hədəflərimizə çatmaqda bizə dəstək ola bilərsiniz:

Qısamüddətli hədəflər
- Qarşıdan gələn tədris ili üçün i-şagirdlərə məktəb ləvazimatları hədiyyə etmək.
- Yeni sığınacaq əlavə etmək və onun təchiz edilməsi.
- Sığıncaqlarda könüllülərimizin töhfələrinə qarşılıq olaraq onlara təzminat vermək.

Uzunmüddətli hədəflər
- Daha 3 sığınacağa qədər genişlənib, daha çox uşağa çatmaq.
- İ-şagirdlərimizin təhsilə çıxış və imkanlarını genişləndirmək üçün yeni məktəblərlə tərəfdaşlıq etmək.
- Onların öyrənmə ehtiyaclarının qarşılığı olaraq yeni bir fənnin tədris olunması.
Sizin İşıq`la əməkdaşlıq etməyiniz uşaqların həyatını dəyişməklə yanaşı biznesiniz üçün də dəyərli imkanlar yaradır:
- Cəmiyyətə müsbət təsir və ictimai məsuliyyətinizi göstərərək öz ətraf mühit, ictimai və administrativ məqsədlərinizə töhfələr verin.
- Sponsorluq etməklə, fəaliyyət göstərdiyiniz şirkət , təşkilat və ya cəmiyyətin fəaliyyət istiqamətinə ictimai məsuliyyət və təhsilə dəstək dəyərlərini qatın.
- Verdiyiniz töhfələrlə birlikdə işçilər arasında qürur və məmnuniyyəti artırın (işçilərin mənəviyyatını yüksəltmək). Cəmiyyətə öz töhfənizi verməklə iş mühitində müsbət reputasiyanızın əsasını qoyun.
Vacib qeyd: Biz şəffaflığa önəm veririk, bunun üçün də verdiyiniz hər bir dəstəyin detallı hesabatını sizə öz töhfənizin müsbət nəticəsini aydın görməyiniz üçün təqdim edəcəyik.
Daha parlaq gələcəyə aparan yolu işıqlandırmaqda bizə qoşulmağa hazırsınız?Birlikdə bir çoxlarının həyatında qalıcı təsirlər göstərə bilərik. Bizim tərəfdaşlar şəbəkəmizə qoşulun və möhtəşəm bir təşəbbüsün parçası olun.
Əl-ələ verərək daha çoxunu əldə etməyi planlaşdırırıq. Budur vizyonumuz:
Tərəfdaşlıq haqqında daha çox məlumat

